Sentyabrın 28-də İndoneziyada baş vermiş zəlzələ və sunami nəticəsində həlak olanların sayı 1763 nəfərə çatıb. 5 min nəfər isə itkin düşmüş hesab olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə İndoneziyanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarəsi məlumat yayıb.
Bundan öncə 1558 nəfərin həlak olduğu bildirilirdi.
Qeyd edək ki, sentyabrın 28-də səhər Mərkəzi Sulavesi əyalətində 7,4 bal gücündə yaşanan zəlzələdən sonrakı iki sutka ərzində 170-ə yaxın yeraltı təkan baş verib. Zəlzələdən sonra Palu şəhərini iki metr hündürlüyündə sunami vurub. Ölənlərin sayının artacağı istisna olunmur. İndoneziya xilasetmə xidməti isə oktyabrın 11-dən sonra ölənlərin axtarışını dayandıracaq. Həmin gün ölkə ərazisində elan edilmiş fövqəladə vəziyyət rejimi də aradan qaldırılacaq.