9 Oktyabr 2018 17:33
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Türkiyədəki konsulluqda yoxa çıxan jurnalistlə bağlı daha bir addım atıb.

Teleqraf.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı türkiyəli mütəxəssis və məsul şəxslərə baş konsulluğu ziyarət etmək üçün dəvət göndərib.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Vaşhinqton Post” yazarı Camal Qaşıqçı oktyabrın 2-də rəsmi prosedurlarla əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gedib və bir daha ondan xəbər almaq mümkün olmayıb.

Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxması iki ölkə arasında münasibətləri gərginləşdirib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər