11 Oktyabr 2018 16:46
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrikanın ən gənc milyaderi olan 43 yaşlı iş adamı Məhəmməd Devji Tanzanyanın Darüssəlam şəhərində idman zalına getdiyi otelin qabağında silahlı və maskalı adamlar tərəfindən qaçırılıb.

Teleqraf.com xəbər verir ki, milyaderin qaçırılmasını ailəsi də təsdiqləyib.

Hücum zamanı onun yanında mühafizəçiləri olmayıb.

Qeyd edək ki, 1.5 milyard dollarlıq sərvəti olan Devji 2016-cı ildə sərvətinin ən azı yarısını xeyriyyə təşkilatlarına bağışlayacağını açıqlamışıdı.


Müəllif: Aytən