ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün Ermənistan və Azərbaycanı dəstəkləməyə sadiqdir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistana səfər edən ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib.
Amerikalı diplomat qeyd edib ki, Birləşmiş Ştatlar tərəflər arasında keçirilən görüşləri dəstəkləyir və liderlər arasında birbaşa danışıqları dəstəkləyir.
Kent ABŞ, Fransa və Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədrləri olduğunu və hamısın ATƏT-in prinsiplərini dəstəklədiyini və münaqişənin “Madrid prinsipləri” üzərində həllinə çalışdıqlarını bildirib:
“Bura ərazi bütövlüyünün tanınması və öz müqəddəratını təyin etmək hüququndan istifadə daxildir. Hər bir ölkənin öz şərhləri ola bilər, amma bunlar əsas prinsiplərdir. Bizim vəzifəmiz münaqişənin həlli üçün iştirak edən tərəflər arasındakı təmasları asanlaşdırmaqdır “.