16 Oktyabr 2018 15:55
1 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüşün nə vaxt keçiriləcəyi məlum deyil.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistana səfər edən ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin köməkçisi Corc Kent deyib.

Diplomat əlavə edib: “Əminəm ki, nə vaxtsa belə bir görüş olacaq, amma nə vaxt olacaq, bunu deyə bilmərəm”.

Qeyd edək ki, Amerika prezidenti bundan əvvəl Ermənistanın baş naziri ilə görüşdən imtina etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu