Birləşmiş Millətlər Təşkilatı (BMT) Yəmənlə bağlı son hesabatını yayımlayıb.
Teleqraf.com xəbər verir ki, hesabatda Yəmənin son 100 ilin ən böyük qıtlığı ilə üz-üzə qaldığı bildirilir.
Hesabatda hər 20 dəqiqədə 10-a yaxın yəmənli uşağın ac qaldığı diqqətə çatdırılır.
5 ildir vətəndaş müharibəsinin davam etdiyi Yəməndə aclıq və qıtlıq təhlükə həddini keçib. İçməli su və ərzaq problemləri ilə üzləşmiş ölkəyə humanitar yardım etmək mümkün deyil.
Ölkənin magistral yollar və hava limanları silahlı qruplaşmaların nəzarətindədir.