19 Oktyabr 2018 00:13
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanın İstanbuldakı baş konsulu Məhəmməd əl Uteybi iş yerinə qayıtmaq üçün bu günə bilet aldığı təyyarəyə minməyib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, çərşənbə axşamı günü ölkəsinə gedən konsulun oktyabrın 18-də geriyə dönüş bileti olub. Onun təyyarəsi Səudiyyə Ərəbistanından yerli vaxtla saat 15:00-da uçmalı imiş, lakin diplomat təyyarədə olmayıb.

Məhəmməd əl Uteybi Türkiyəni oktyabrın 16-da Atatürk beynəlxalq aeroportundan saat 17:00-da uçan reyslə tərk etmişdi. Həmin gün türkiyəli müstəntiqlər jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə əlaqədar təhqiqat çərçivəsində onun iqamətgahında axtarış aparmalı idilər. Axtarış oktyabrın 17-də axşam saatlarında baş tutub.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda daxil olub və həmin vaxtdan itkin düşüb. Onun yoxa çıxması ilə əlaqədar təhqiqat aparılması üçün yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupu əvvəlcə Krallığın İstanbuldakı baş konsulluğunun binasına baxış keçirib, daha sonra konsulun iqamətgahında axtarış aparılıb.


Müəllif: Nərgiz