Jurnalist Camal Qaşıqçının öldüyü xəbərlərini eşitməkdən üzüntü keçiririk. Qaşıqçının ailəsinə, nişanlısına və sevənlərinə dərin hüznlə başsağlığı veririk.
Teleqraf.com xəbər verir ki, bu açıqlamanı ABŞ Camal Qaşıqçının öldürülməsinin təsdiq olunmasından sonra yayıb.
Ağ Evin sözçüsü Sara Sanders Səudiyyə Ərəbistanın Qaşıqçının öldürülməsini etiraf etdikdən sonra yazılı açıqlama ilə çıxış edib.
Açıqlamada Səudiyyə Ərəbistanının Qaşıqçının taleyi ilə bağlı araşdırmanın nəticələri və cinayətdə əli olanlarla bağlı gördüyü tədbirlərin ABŞ hökuməti tərəfindən qəbul edildiyi bildirilib:
“Qaşıqçının öldüyünü eşitmək kədərlidir. Camal Qaşıqçının ailəsinə, nişanlısına, onu sevənlərə başsağlığı veririk. Bu faciəvi hadisə ilə bağlı beynəlxalq araşdırmarı yaxından təqib etməkdə davam edəcəyik”.