Camal Qaşıqçını səudiyyəlilər öldürüb və Qərb-in yardımı ilə hadisəni ört-basdıq etməyə çalışdılar. Ancaq sonra etiraf etmək məcburiyyətində qaldılar.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran məhkəmə orqanının rəhbəri Sadiq Ərdeşir Amuli Laricani deyib.
"Qaşıqçının faciəvi şəkildə öldürülməsi, günahsız insanların qanını tökən Səudiyyə Ərəbistanı rejimi və şöhrət arxasınca gedən gəncin - vəliəhd şahzadə Məhəmməd bin Salmanın mahiyyətini açıq şəkildə ortaya qoyur", - deyə Sadiq Ərdeşir Amuli Laricani vurğulayıb.