Böyük Britaniya Baş naziri Tereza Mey, Fransa Prezidenti Emanuel Makron jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz ilə telefonla danışıb.
Teleqraf.com xəbər verir ki, Britaniyanın baş naziri krala Camal Qaşıqçının qətlinə görə ciddi narahatlıq keçirdiyini bildirib.
Tereza Mey hazırki izahatın inandırıcı olmadığını və cinayətdə təqsirli bilinən hər kəsin mühakimə edilməsinin vacibliyini vurğulayıb.
Fransa Prezidenti Emanuel Makron jurnalistin ölümünün aydınlaşdırılması tələbi ilə çıxış edib. Fransa üçün söz, mətbuat və ifadə azadlığının vacib olduğunu söyləyən Emanuel Makron cinayətdə şübhəli bilinən şəxslərlə bağlı sanksiyaların tətbiqi üçün tərəddüd etməyəcəyini açıqlayıb.