22 Avqust 2014 19:16
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova yeni audio mesajında təcili kömək istəyir.


Bu haqda informasiyanı ABŞ Dövlət Departamentinin keçmiş müşaviri yayıb.

Xəbərdə deyilir ki, indiki ABŞ-Rusiya qarşıdurması çox təhlükəli şəkildə 1941-ci ildəki ABŞ-Yaponiya qarşıdurmasını xatırladır. O vaxtki qarşıdurma müharibəyə apardı.

BBC-nin müxbiri Nataliya Antelava Özbəkistan prezidenti İslam Karimovun qızı Gülnarə Kərimovanın məxfi audio mesajını əldə edib. Orda Gulnarə Karimova deyir ki, o və onun yeniyetmə qızı ilə “itdən də pis rəftar edirlər”.

Antelava yazır ki, Gülnarə Kərimovanın səsini tanımaq asandır. Prezidentin qızı deyir: ”Bizim tibbi yardıma təcili ehtiyacımız var. Bu, bizim USB yaddaş kartı ilə ölkədən qırağa mesaj göndərmək imkanımızdır, biz istənilən köməyə görə minnətdar olardıq”.

42 yaşlı Gülnarə Kərimova bir vaxtlar dünyanın ən məxfi ölkələrindən biri olan Özbəkistanın beynəlxalq aləmdə gözəgəlimli siması idi. Ancaq prezident atasının gözündən düşməyi ilə Gülnarə Kərimovanın ictimai enişi dramatik oldu.

Antelava yazır ki, mart ayında da o, Kərimovanın əllə yazılmış məktubunu almışdı. Orda Gülnarə yazırdı ki,o və qızı ev dustağıdır. “Evin ərazisi 100-lərlə kamera və texniki qurğularla əhatə olunub. Bunlar istənilən kommunikasiyanın qabağını alır. Bu, dəhşətli təzyiq və stressdir. Bizim tibbi yardıma təcili ehtiyacımız var”.

Gülnarə Kərimova hər məktubunda qızının səhhətindən narahatlıq bildirir. Onun İman adlı 16 yaşlı qızının vəziyyəti haqda Gülnarə Kərimovanın oğlu, Oxford Brookes universitetinin tələbəsi olan İslam Kərimov deyir ki, İman ürəyinin vəziyyətini nəzarətdə saxlayan qurğunu həmişə üstündə gəzdirir. Onda uşaqlıqdan ürək problemi var. Ancaq indi həmin qurğunu çıxarıblar. O, hər il keçdiyi tibbi nəzarətdən də keçə bilmir. İslam Kərimov deyir ki, anası Gülnarə Kərimovanın da cərrahiyyə əməliyyatına ehtiyacı var.

Human Rights Watch insan haqları təşkilatından olan Andrey Stroehlein deyir ki, Özbəkistanda insan haqları pozuntularının tarixi uzundur, ancaq Gülnarə məsələsi istisnadır. Təkcə ona görə yox ki, o, prezidentin qızıdır. Həm də ona görə ki, onun vəziyyəti haqda məlumat yalnız bir mənbədən gəlir, bu da onun özüdür.

Stroehlein onu da deyir ki, Gülnarə həmişə hakimiyyətin ən yuxarılarında olub, Özbəkistanda sistemli və ciddi insan haqları pozuntuları ilə bağlı informaiyaya onun çıxışı olub, onun dəfələrlə bu informasiyanı jurnalistlərə və insan haqları qruplarına vermək imkanı olub, ancaq o, bunu heç vaxt etməyib”.

Londondakı Özbəkistan səfirliyi bu məqalədə deyilənlərlə, Gülnara Kərimovanın dedikləri və onun vəziyyəti ilə bağlı şərh verməyib.

Azadlıq Radiosu


Müəllif: