Noyabrın 2-də İsveçrənin Cenevrə şəhərində avropalı parlamentarilərin və FETÖ-çü imamların iştirakı ilə beynəlxalq konfrans keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin “Axşam” qəzeti məlumat yayıb.
Təşkilatçılar “Türkiyədə insan hüquqlarına misli görülməmiş təhdid” adlı beynəlxalq konfransa Türkiyədə həbsdə olan və azad edilmiş önəmli bir şəxsin qatılacağını açıqlayıb.
“Axşam” qəzeti həmin şəxsin kim olduğu üzərində dəyərləndirmə aparıb və adı açıqlanmayan bu məhkumun İzmirdə 3 il 1 ay 15 gün müddətində həbsə məhkum edilən amerikalı rahib Endrü Branson olduğu qənaətinə gəlib.
Tanıtım bülletinində bu toplantının Beynəlxalq İnsan Hüquqları Müşahidə Evi adlı qeyri-hökumət təşkilatı tərəfindən düzənləndiyi açıqlanıb.