29 Oktyabr 2018 08:36
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə hərbi çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılan prezident Məhəmməd Mursi və komandasının mühakimə olunduğu "Həbsxanalar basqını" iddiası üzrə məhkəmə prosesində sabiq prezident Hüsnü Mübarək şahid qismində iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Misirin Əhbar əl-Yevm saytı məlumat yayıb.

Cənubi Qahirə Məhkəməsi Hüsnü Mübarəkin dekabrın 2-də keçiriləcək prosesdə şahid kimi iştirakı barədə qərar verib.

Hüsnü Mübarəkin 2011-ci il fevralın 11-də devrildikdən sonra ilk dəfə bu iddia üzrə məhkəmə prosesində şahid qismində çağırıldığı bildirilir. Bununla da Mübarək Mursi ilə ilk dəfə üz-üzə gələcək.

Qeyd edək ki, Mübarəkin 30 illik prezidentliyindən sonra Məhəmməd Mursi Misirdə seçki ilə hakimiyyətə gələn ilk prezident olub.


Müəllif: Nərgiz

Oxşar xəbərlər