23 Avqust 2014 12:29
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə naziri Çak Hagel İŞİD-in indiyə qədər gördükləri ən təhlükəli təşkilat olduğunu bildirib.

Axar.az xəbər verir ki, Hagel bununla bağlı Pentaqonda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Jurnalistin, “İŞİD ABŞ-a qarşı 11 sentyabr hadisələrindən də dəhşətli terror hazırlayırmı?” sualına Hagel İŞİD-in sadəcə bir terror təşkilatı olmadığı cavabını verib.

"Bu təşkilat ideologiya, strategiya və taktiki cəsarətləri özündə birləşdirib, üstəlik, texniki üstünlük və böyük pullara da sahibdir. Bu, indiyə qədər gördüklərimizdən də böyükdür. Dolayısı ilə hər şeyə hazır olmalıyıq. İraq və hər hansı ölkədə sahib olduğumuz maraqlara yaxın bir təhdiddir”, - Hagel deyib.


Müəllif:

Oxşar xəbərlər