Avropa Birliyi (AB) sərhədlərində pasport-nəzarəti sistemində yeni dəyişikliklər ediləcək.
Teleqraf.com xəbər verir ki, AB xaricdən gələn sərnişinlər yalan aparatları vasitəsilə sual-cavab ediləcək.
Miqrasiya məqsədilə sərhəd nəzarətini gücləndirən AB yeni pasport-nəzarəti sisteminin hansı ölkələrdə quracağı da məlum olub. Bununla AB öz sərhədlərində ən müasir texnologiyadan istifadə etmiş olacaq.
Bu sistem ilkin olaraq Macarıstan, Polşa, Yunanıstan, Cənubi Kipr, Almaniya və İspaniyada qurulacaq.