8 Noyabr 2018 11:19
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin irqçiliyə, ksenofobiyaya və dini-etnik dözümsüzlüyə qarşı yazdığı məqalə Los Ancelesdə nəşr olunan və ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan “Jewish Journal” qəzetində dərc edilib.

Bu barədə Teleqraf.com-a Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan məlumat verilib.

Məqalədə baş konsul bu yaxınlarda ABŞ-ın Pittsburq şəhərində yerləşən sinaqoqda törədilmiş qətliama toxunaraq, bu kimi cinayətlərin kökündə irqçilik, dini-etnik nifrət və dözümsüzlüyün dayandığını, belə mənfi meyillərin bütün insanlıq üçün təhlükəli olduğunu qeyd edib.

Azərbaycanda yüksək tolerantlıq və multikulturalizm ənənələrinin mövcud olduğunu qeyd edən baş konsul qədim dövrlərdən etibarən ölkəmizdə müsəlmanlar, xristianlar və yəhudilər də daxil olmaqla, müxtəlif etnik və dini icmalar arasında güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğunu vurğulayıb.

Dünyanın müxtəlif bölgələrində öz dini-etnik kimliklərinə görə müsəlman və xristiyanların qətlə yetirildiklərini qeyd edən N.Ağayev Azərbaycanın da irqçiliyin acı nəticələrindən əziyyət çəkmiş ölkə olduğunu, Dağlıq Qarabağ regionu və ətraf rayonlarda, xüsusilə Xocalıda dinc insanların məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildiklərini diqqətə çatdırıb. Baş konsul, həmçinin, ərazilərimizin işğalçı qüvvələrə qarşı müdafiəsində azərbaycanlılarla yanaşı yəhudi xalqından olan bir çox şəxslərin çiyin-çiyinə döyüşərək həlak olduqlarını qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər