9 Noyabr 2018 19:15
1 759
12 Punto 14 Punto 16 Punto 18 Punto

İbrahim Tatlısəs canlı efirdə keçmiş həyat yoldaşına barışıq təklifi edib.

Teleqraf.com xəbər verir ki, model Ayşəgül Yılmaz Tatlısəsin təklifini qəbul etməyib.

Canlı efirdə Ayşəgülə hələ də aşiq olduğunu, onun üçün mahnı yazdığını, ayrılsalar da bir ailə olduqlarını bildirən müğənniyə modelin cavabı belə olub: “İbrahim mənim üçün çox qiymətlidir, onu çox istəyirəm, amma onunla bir daha evlənməyimiz mümkün deyil”.

Qeyd edək ki, İbrahim Tatlısəs 2011- ci ildə Ayşegül Yılmazla xəstəxanada evlənib və cütlük 2013-cü ildə boşanıb.


Müəllif: Aytən