16 Noyabr 2018 07:35
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Baş naziri Şinzo Abe İkinci Dünya Müharibəsində Darvin şəhərinin yapon qırıcıları tərəfindən bombalanmasına görə üzr istəmək üçün Avstraliyaya gedib.

Teleqraf.com xəbər verir ki, Şinzo Abe Darvinə səfər edib.

O, 1942-1943-cü illərdəki hücumlardan sonra bu şəhərə gələn ilk yapon siyasi liderdir.

Abe noyabrın 16-da Avstraliya Baş naziri Skott Morrisonla görüşəcək.

Liderlər bombardmanda həlak olan insanların xatirəsi üçün təşkil edəcək mərasimdə iştirak edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər