15 Noyabr 2018 21:59
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelanın neft naziri Manuel Kevedogələn il yanvarın 1-dən OPEC-in prezidenti vəzifəsinin icrasına başlayacaq.

Publika.az xəbər verir ki, bu barədə Venesuelanın Neft Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Qeyd olunub ki, M.Kevedo Əbu-Dabidə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası çərçivəsində bu məsələ ilə bağlı OPEC baş katibi Məhəmməd Barkindo və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə görüşlər keçirb.

Hazırda OPEC-in prezidenti Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl Məhəmməd Fərəc Əl Məzruidir.


Müəllif: Teleqraf.com