Noyabrın 24-də Uqandadakı Viktoriya gölündə baş verən gəmi qəzası nəticəsində azı 29 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, qəza zamanı gəminin göyərtəsində 100-dən çox insan olub.
Onlardan yalnız 40 nəfər xilas edilib. Xilas edilənlərin arasında kral ailəsinin varisinin də olduğu bildirilir.
İtkin düşənlərin axtarışları davam edir.