29 Aprel 2014 01:25
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın qərbində üç Özbəkistan vətəndaşı yaralanıb.

Teleqraf.com-un verdiyi məlumata görə, hadisə 26 Bakı komissarları küçəsində qeydə alınıb. İlkin məlumata görə, üc naməlum şəxs xuliqanlıq məqsədilə travmatik tapançadan üç Özbəkistan vətəndaşına bir neçə dəfə atəş açaraq qaçıb.

Xəsarət alanlardan biri 20 yaşlı qadın, digərləri 21 yaşlı kişilərdir. Onlar ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Polis hadisənin təhlükəsizlik kamerasına düşmüş görüntülərini araşdırır.


Müəllif: Teleqraf.com