Ukraynanın Xarkov vilayətində qrip və kəskin respirator virus infeksiyasına görə 46 orta məktəb və 6 uşaq bağçası karantinə bağlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Xarkov Vilayət Administrasiyası məlumat yayıb.
Karantin 10 gün müddətinə elan edilib.
Rəsmi məlumatlara görə, oktyabr ayının sonundan başlayaraq Ukraynada həftə ərzində orta hesabla 140-150 insan qrip və kəskin respirator virus infeksiyasına tutulur. Onların 70 faizindən çoxu uşaqdır.