Nyu Yorkda əlləri və ayaqları qandallı olan qadın dünyaya uşaq gətirib.
Teleqraf.com xəbər verir ki, Bronxdakı həbsxanada sancıları başlayan qadın tibb mərkəzində doğuş edib.
Qadının əlləri və ayaqlarının qandallı olması onun sancılarını daha da ağrılı edib.
Həkimlər polislərə etirazlarını bildirsələr də, qarşı tərəf məhkumların müayinə və müalicəsilə bağlı protokolları ağxalatlıların qarşısına qoyublar. Uzun mübahisədən sonra qadının ayaqlarındakı və qollarındakı qandallar açılsa da, polislər onun bir qolunu çarpayıya bağlayıblar.
Qadın baş verənlərlə bağlı məhkəməyə müraciət edib.