16 Dekabr 2018 22:59
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippin-ABŞ müharibəsi zamanı Amerika ordusu tərəfindən aparılan Samar adasındakı kilsəyə məxsus üç zəng 100 ildən sonra Filippinə qaytarılıb.

Teleqraf.com xəbər verir ki, yerləşdiyi şəhərin adından götürülmüş “Balanqiq zəngləri” adı ilə tanınan bürünc zənglər dekabrın 15-də həmin kilsəyə qaytarılıb.

Zənglərin qaytarılmasına həsr olunan mərasimdə Filippin Prezidenti Rodriqo Duterte kilsənin qarşısına toplaşan mindən çox sakinin qarşısında həmin zəngləri səsləndirib.

ABŞ tərəfinə minnətdarlığını bildirən R.Duterte qeyd edib ki, zənglərin qaytarılması iki ölkə arasında “yeni və daha enerjili mərhələnin” başlanmasının rəmzidir.


Müəllif: Teleqraf.com