Türkiyə ordusunu terrorçu adlandıran bir PKK-çının sosial şəbəkədəki fikirlərini paylaşan amerikalı polkovnik Sean Ryan Türkiyədən üzr istəyib.
Teleqraf.com-un məlumatına görə, amerikalı hərbçinin paylaşımı Türkiyə tərəfində hiddət doğurub.
Müvafiq qurumlar işə qarışıb. Nəticədə Sean Ryan paylaşımını pozub və üzr istəyib. O, "Lütfən üzrümü qəbul edin" deyə açıqlama verib.