“ABŞ-ın təzyiqlərinə baxmayaraq, Ermənistan İranla münasibətlərini davam etdirir”.
Teleqraf.com xəbər verir ki, bunu Tehranda keçirilən “İran-Ermənistan əlaqələri adlı konfransda çıxış edən Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan deyib.
Diplomatın sözlərinə görə, ABŞ-ın təzyiqi ilə üzləşən Ermənistan İranla əməkdaşlığı şaxələndirmək yolunu seçib:
“İranla əlaqələrimizi dayandırmaq üçün bizə təzyiqlər edildi. Lakin sonda ameriklılar İranın Ermənistan üçün nə qədər əhəmiyyətli olduğunu başa düşdülər”.
Artaşes Tumanyan son hadisələrdən sonra Ermənistanın xarici siyasətinin dəyişmədiyini bildirib.