Qəzza sektoruna nəzarət edən HƏMAS Fələstin Prezidenti Mahmud Abbasın parlamenti buraxmaq barədə qərarına qarşı çıxıb.
Teleqraf.com-un xəbərinə görə, HƏMAS-ın təmsilçisi Musa Abu Mərzuk bu qərarın qeyri-qanuni olduğunu bildirib.
"Nə Abbas, nə Konstitusiya Məhkəməsi, nə də FƏT-in parlamenti buraxmaq səlahiyyəti var", - Mərzuk Tvitterdə yazıb.