Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Gümrüdən İrəvana addım atan heykəlinin başı qoparılıb.
Teleqraf.com xəbər verir ki, heykəlin başsız fotosu sosial şəbəkələrdə paylaşılıb.
Sözügedən abidə “Mənim Addımım” adlanır və bu ilin sentyabrında Vanadzor-Gümrü avtomobil yolunda qoyulub. Bu, Paşinyanın yürüşünü simvollaşdırır.
Qeyd edək ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri günü dekabrın 9-da heykəlin ayağı sındırılmışdı.