Rusiya Prezidenti Vladimir Putin Ermənistanın keçmiş dövlət başçısı Robert Köçəryana Yeni İl bayramı münasibətilə təbrik məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə sabiq prezidentin ofisi məlumat yayıb.
Bayram münasibətilə Köçəryanı təbrik edən Putin ona möhkəm dayanmağı arzu edib.
Qeyd edək ki, Robert Köçəryan hazırda həbsdədir. O, 2008-ci il martın 1-də İrəvanda keçirilmiş dinc aksiyalarda iştirak edənlərə odlu silahlardan atəş açmaq əmri verməkdə ittiham edilir.
Rəsmi Moskva Köçəryanın həbsini etirazla qarşılayıb.
Əlavə edək ki, dünən Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyaya işgüzar səfər edib. O, Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.