13 Yanvar 2019 08:35
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr türklərinin müstəqillik mübarizəsinin lideri, bu ölkənin birinci prezidenti Rauf Denktaşın vəfatının yeddinci ili qeyd edilir.

Teleqraf.com xəbər verir ki, bu məqsədlə Şimali Kipr Türk Cümhuriyyətində anım törəni keçirilib.

Ölkənin sabiq prezidenti Mehmet Əli Talat Denktaşı Kipr türklərinin öndə gedən lideri adlandırıb, onun türk xalqının mübarizəsinə damğa vurduğunu xatırladıb:

“Biz Rauf Denktaşla eyni siyasi düşərgədə deyildik, fərqli mövqelərdən çıxış edirdik. Ancaq hər zaman etibarlı münasibətimiz olub. Rauf Denktaş sayğı duyulacaq, güvəniləcək şəxsiyyət idi”.

Digər sabiq prezidenti Dərviş Eroğlu isə deyib ki, Rauf Denktaşla çox yaxından işləmə fürsəti olub:

“Denktaşla 1975-ci ildə Kipr Türk Federal Dövlət quruluşundan sonra çoxpartiyalı parlamentar sistemə keçildiyi zaman Milli Birlik Partiyasında birgə fəaliyyət göstərmişəm. Bu partiyanı Rauf Denktaş qurmuşdu və bizim sona qədər çox yaxın əlaqələrimiz davam edib. Siyasətdə bəzən rəqib olduq, ancaq Denktaşın qurduğu partiya hələ də fəaliyyətini davam etdirir və mən bu partiyanın sədriyəm. Sonradan onun oğlu ilə münasibətlərimiz dəyişdi. Buna baxmayaraq, öldüyü günə qədər Denktaşla birlikdə olduq. Son nəfəsində də onun yanında idim. Rauf Denktaşa olan sevgi və hörmətin nə dərəcədə böyük olduğunu ifadə etməyə ehtiyac yoxdur”.

Hazırda Şimali Kipr Türk Cümhuriyyətinin maliyyə naziri olan Sərdar Denktaş isə atası Rauf Debkltaşın mübarizə adamı olduğunu deyib:

“Atam milli mübarizədə 6 övladından 3-nü itirdi. Rauf Denktaş o ağır dövrlərdə Kipr türklərinin mübarizəsini dördəlli dəstəkləyib, bu mübarizəni son nəfəsinə qədər davam etdirdi”.


Müəllif: Cavad