14 Yanvar 2019 21:45
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya hərbi polisinə məxsus helikopter naməlum səbəbdən Rio-de-Janeyro şəhəri yaxınlığında Quanabara körfəzinə məcburi eniş edib.

Teleqraf.com xəbər verir ki, helikopterdə olan 4 nəfərdən 1-i ölüb, 3-ü xilas edilib.

Yaralılar xəstəxanaya aparılıb.

Məlumata görə, “Fenix08” tipli helikopter Rio-de-Janeyro şəhərinin şimal-qərbindəki San Juan di Meriti peyk şəhəri ilə bağlayan avtomobil yolunda patrul xidməti aparırmış.


Müəllif: Teleqraf.com