15 Yanvar 2019 17:23
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

H1N1 virusu (“Donuz qripi”) Ermənistanda 1 nəfərin həyatına son qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya gətirilən 62 yaşlı kişidə “Donuz qripi” aşkar olunub.

Qeyd edək ki, bundan əvvəl – dekabrın 29-da Ermənistanda təhlükəli virusun ilk qurbanı 55 yaşlı bir qadın olub.

Son məlumata görə, Ermənistanda 1080 nəfərdə “Donuz qripi”nə yoluxma halı qeydə alınıb. 837 nəfər hazırda müalicə alır.

Virusa yoluxanların 95 % -i uşaqdır.


Müəllif: Mənsur Rəğbətoğlu