15 Yanvar 2019 21:28
2 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan 2008-ci il 1 mart qırğınlarında ittiham edilməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, sabiq nazir gözlənildiyi kimi ittihamları qəbul etməyib.

Ohanyan deyib: “Ermənistan və Qarabağı müdafiə edənlər cinayət törətməkdə ittiham olunurlar.
Bu, konstitusion haqlar baxımından ədalətli qərardır? Görünən budur ki, 1 mart hadisələrindən öz hədəflərinə çatmaq üçün istifadə edənlər var.

Məni - Qarabağ və Ermənistandakı hərbi qüvvələri on illərlə idarə edən bir generalı cinayətdə ittiham etmək narahatlıq yaradır, bu ölkəmizin dəyərlərinə xəyanətdir. Mən günahsızam”.

Qeyd edək ki, 2008-ci il martın 1-də İrəvanda keçirimiş dinc aksiyalarda iştirak edən insanlara odlu silahlardan atəş açılıb. Nəticədə 10-dan çox insan həlak olub.

Atəş açmaq əmri verməkdə ittiham olunan keçmiş prezident Robert Köçəryan həbs edilib. Seyran Ohanyan və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov da şübhəlilər arasındadır.


Müəllif: Mənsur Rəğbətoğlu