19 Yanvar 2019 14:30
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriya məsələsində ABŞ üçün etibarlı müttəfiq deyil.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın İŞİD-lə mübarizə koalisiyasındakı keçmiş nümayəndəsi Brett Makqurk “Vaşinqton Post” qəzetinə yazdığı məqalədə deyib.

Türkiyənin Suriyada radikal silahlı qruplaşmalara dəstək verdiyini iddia edən Makqurk bu qruplaşmaların böyük olduğunu, lakin onların ABŞ-ın dəstəklədiyi Demokratik Suriya Qüvvələrinə (DSQ) alternativ ola bilməyəcəyini qeyd edib.

O, məqalədə Türkiyənin Suriyada ABŞ-sız təkbaşına hərəkət etmək gücündə olmadığını da bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu