19 Yanvar 2019 20:35
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hüquq-mühafizə qüvvələri komandanının müavini Əyyub Süleymani jurnalistlərə açıqlamasında ölkədə oğruların sayının artmasından danışıb.

Teleqraf.com-un məlumatına görə, son illər İran İslam Respublikasında oğurluq hallarının getdikcə artdığını bildirən Əyyub Süleymani deyib ki, oğruların sayının günü-gündən artması əsasən ölkədə yaşanan iqtisadi böhran, işsizlik və narkomaniya ilə əlaqədardır:

“Təəssüflər olsun ki, hazırda ölkəmizdə 200 min peşəkar oğru var. Ölkə üzrə qeydə alınan oğurluq hallarının 65 faizi keçmişdə barələrində cinayət işi açılmış həmin oğrular tərəfindən törədilir. Həmçinin, ölkədə ilk dəfə olaraq oğurluğa əl atanların sayı sürətlə artır.

Həmin şəxslər oğurladıqları malı aparıb müyyən müştərilərinə satırlar. Elə buna görə də hesab edirəm ki, oğurluq malı alan şəxslərin fəaliyyətini polis daha çox diqqət mərkəzində saxlamalıdır.

Hazırda oğurluqların 70 faizi əsasən ölkənin 10 əyalətində, o cümlədən də Tehran, Əlbürz, Xuzistan, Kirman, Rəzəvi, Xorasan, Fars və İsfahan əyalətlərində və onların mərkəzlərində baş verir”.


Müəllif: Səxavət