19 Yanvar 2019 22:25
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı məşhur model Kayli Cenner və qızının dəst geyimi minlərcə insanın xoşuna gəlib.

Teleqraf.com xəbər verir ki, Cenner fevralda bir yaşını tamam olacaq qızı Stormi ilə tətildədir.

Qızı ilə eyni rəngdə çimərlik dəsti geyinən 21 yaşlı model xeyli şəkil çəkdirib. Ana və qızın rəng harmoniyası instaqram izləyiciləri tərəfindən bəyənilib və şərh yazılıb.

Qeyd edək ki, gənc yaşında ana olmasına baxmayaraq tez- tez qızı ilə şəkil paylaşan Kayli Cenner həmişə diqqəti çəkməyi bacarır.


Müəllif: Aytən