21 Yanvar 2019 09:27
1 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin nəticələrinə görə Çin dünyanın ikinci iqtisadi nəhəngi statusunu qoruyub saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Çin Statistika İdarəsinin rəhbəri Nin Tziçje çıxış edib.

Onun sözlərinə görə, Çin 82,07 trilyon yuanla (12 trilyon dollara yaxın) Ümumi Daxili Məhsulun (ÜDM) həcmi baxımından 2017-ci ildə də ABŞ-dan sonra ikinci yerdə idi.

2018-ci ildə isə ÜDM-nin həcmi 90 trilyona çatıb. Bununla ölkə dünya ikincisi olmaqda davam edib.

Qeyd edək ki, Çinin iqtisadi inkişafı bir sıra Qərb ölkələrini, o cümlədən ABŞ-ı ciddi narahat edir.


Müəllif: Mahir