Kompyuter sizin hisləri daha yaxşı anlayacaq. Əsəbi, kədərli və ya həddindən artıq qəzəbli olduğunuz xüsusi proqramlar vasitəsi ilə müəyyən ediləcək.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Banqladeşli ixtiraçılar yeni kompyuter proqramı düzəldiblər . Bu proqramın hesabına qarşı tərəfin hisslərini anlamaq olur. Bunun üçün mütəxəsislər iki fərqli yoldan istifadə edirlər. Öncə istifadəçinin barmaqlarını klaviaturanın düymələrinə basma sürəti öyrənilir. Əsəbi ya həyəcanlı halda yazırsınızsa, proqram bunu bildirəcək. Sonra yazışmalarda istifadə edilən sözlər analiz edilir. Beləliklə, istifadəçinin əhval-ruhiyyəsini bilmək mümkün olur.
Fidan səfərli