Somalinin paytaxtı Moqadişoda şiddətli partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, partlayışın gücündən dəhşətli toz havaya yüksəlib.
Partlayışın konkret səbəbi və itkilər haqqında hələlik informasiya yoxdur.
Bu arada o da bəlli olub ki, PSO Portis şirkətinin Somalidəki filialının Malta əsilli rəhbəri Paul Antoni Formosa silahlı sui-qəsd nəticəsində öldürülüb.
Məlumata görə, iş adamına qarşı sui-qəsdi Eş-Sebab terror təşkilatı həyata keçirib.