5 Fevral 2019 23:28
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin hərbi gəmilərinin Ədən körfəzində üzmə müddəti daha bir il uzadıldı.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisi qərar qəbul edib. Bildirilir ki, Türkiyə bayrağı ilə üzən və bu ölkəyə bağlılığı olan mülki gəmilərin təhlükəsizliyini təmin edən hərbi gəmilər Ədən körfəzində fevralın 10-dan başlayaraq daha bir il fəaliyyət göstərəcək.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı əsasında Türkiyənin hərbi gəmiləri Ədən körfəzi, Somali suları və Ərəb dənizi ərazisində təhlükəsizlik missiyası həyata keçirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər