7 Fevral 2019 14:06
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanın vəkillərinin şikayətini qəbul etməyib.

Teleqraf.com xəbər verir ki, Köçəryanın həbs müddətinin uzadılması barədə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.

Qeyd edək ki, məhkəmə yanvarın 18-də Ermənistanın Xüsusi İstintaq Komissiyasına Robert Köçəryanın həbs müddətinin iki ay uzadılması barədə müraciət edib.

Əlavə edək ki, keçmiş prezident 2008-ci il martın 1-də İrəvan şəhərində hakimiyyət əleyhinə keçirilmiş dinc aksiyalarda iştirak etmiş insanlara odlu silahlardan atəş açmaq əmri verməkdə ittiham olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər