7 Fevral 2019 15:30
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Məhkəməsi həbs edilmiş güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin həyat yoldaşı Rüqəyyə Əlizadəyə məsuliyyətsiz və hədələyici cavab verib.

Teleqraf.com xəbər verir ki, Rüqəyyə Əlizadə həyat yoldaşının həbs edilməsi ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edib.

O, hakimin qəbuluna düşdükdən sonra Abbas Lisaninin vəziyyəti haqda sual ünvanlayıb. Lakin ona məsuliyyətsiz cavab verilib.

“Qorxmayın, onun cənazəsini sizə təhvil verəcəyik”, - Ərdəbil məhkəməsinin hakimi Rüqəyyə Əlizadənin müvafiq sualına belə cavab verib.

Qeyd edək ki, 23 gün əvvəl İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) tərəfindən həbs edilmiş Abbas İlsani haqda ailəsinə məlumat verilmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər