Məşhur rusiyalı politoloq və “Komsomolskaya Pravda” radiosunun aparıcısı Mixail Yurev vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.
Mixail Yurev 1959-cu ildə Moskvada doğulub. Moskva Dövlət Universitetinin biologiya fakültəsinin məzuni idi. Bir müddət SSRİ Elmlər Akademiyasının Molekulyar Genetika İnstitutunda çalışıb.
1990-cı ildən İnterprom İstehsalat Birliyinin baş direktoru, İnterprom Sənaye Qrupunun prezidenti idi. 1995-1999-cu illərdə ikinci çağırış Dövlət Dumasının deputatı olub. Son iki ildə isə Mixail Leontyevlə birlikdə radioda “Qlavtema” proqramının aparıcısı idi.
Əlavə edək ki, Mixail Yurev anti-Ermənistan fikirləri ilə tanınan siyasətçi idi.
Onun “Ermənistan Rusiyanın üzərində əlavə yükdür. Geosiyasi baxımdan isə Azərbaycanı dəstəkləmək Rusiya üçün daha əlverişlidir” sözləri Ermənistanda uzun müddət müzakirə mövzusu olmuşdu.
Habelə keçən il Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyinə münasibət bildirən Yurev erməniləri satqınlıqda ittiham etmişdi.