19 Fevral 2019 12:51
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın 16 ştatı Prezident Donald Trampdan məhkəməyə şikayət edib.

Teleqraf.com xəbər verir ki, Trampın məhkəməyə verilməsinə səbəb prezidentin Meksika ilə sərhəddə hasar hörmək məqsədilə ölkədə fövqəladə vəziyyət elan etməsidir.

16 ştatın nümayəndəsi Şimali Kaliforniya bölgə məhkəməsinə gedərək Tramp əleyhinə iddia qaldırıb.

“Bu gün prezident səlahiyyətlərini pis niyyətlər üçün istifadə etməsinə mane olmaq üçün prezident Trampı məhkəməyə veririk. Konqresin əyalətlərimizdə yaşayan insanların xeyrinə vergi maliyyəsini xərcləməsinə mane olan Trampın gəlirləri təklikdə yağmalamasını dayandırmaq üçün iddia qaldırırıq. Bizim üçün prezidentin ofisi teatr səhnəsi deyil”,- Kaliforniya baş prokuroru Xavier Bekerra bildirib.

Xatırladaq ki, bundan əvvəl Texasda üç nəfər də Trampa qarşı məhkəmədə iddia qaldırıb.


Müəllif: Cavad

Oxşar xəbərlər