20 Fevral 2019 11:39
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa Rusiyadan konstruktiv mövqe gözləyir və Avropa İttifaqı missiyasının Cənubi Osetiya və Abxaziyaya getməsinə icazə verməyə çağırır”.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron gürcü həmkarı Salome Zurabişvili ilə görüşündə deyib.

Prezident Fransanın Rusiya və Gürcüstan arasında Cenevrə formatında gedən müzakirələri dəstəkləməyə hazır olduğunu bildirib:

“Bu yöndə səylərimizi davam etdirəcəyik. Eyni zamanda Rusiyanı 2008-ci ildə imzalanmış atəşkəs anlaşmasına hörmət etməyə çağırırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər