21 Fevral 2019 13:19
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qan dövranı sisteminin xəstəlikləri Rusiyada kişilərin ölməsinin əsas səbəbidir.

Teleqraf.com xəbər verir ki, bu barədə “RT” televiziya kanalı məlumat yayıb.

Belə ki, 2017-ci ildə bu xəstəliklərdən 102 min nəfərə yaxın əmək qabiliyyətli (16-29 yaş) kişi dünyasını dəyişib. Sözügedən xəstəliklərə əsasən insult və miokard infarktı daxildir.

İkinci yerdə xarici səbəblər dayanır. Belə ki, 2017-ci ildə Rusiyada 86,9 min kişi yol-nəqliyyat hadisələrinin, hücumların, bədbəxt hadisələrin qurbanı olub.

Digər 42 min nəfər nəyinsə yenidən qurulması, yaradılması zamanı həyatını itirib.

Digər səbəblər arasında – həzm sistemi xəstəlikləri (26 min), yoluxucu və parazitar xəstəliklər (20 min) və tənəffüs sistemi xəstəlikləri (12 min) dayanır.

Ümumilikdə, Rusiyada 2017-ci ildə 317,5 min əməkqabiliyyətli kişi ölüb.

Qeyd edək ki, fevralın 7-də Rusiyanın səhiyyə naziri Veronika Skvortsova əməkqabiliyyətli rus kişilərinin 70 faizə yaxınının alkoqolla əlaqəli problemdən dünyasını dəyişdiyini bildirib. Eyni zamanda baş nazirin müavini Tatyana Qolikova ötən ilin oktyabrında bəyan etmişdi ki, əməkqabiliyyətli kişilərin spirtli içki qəbul etməsi nəticəsində vəfat etmə faizi son 6 ildə 40 faizə yaxın azalıb.


Müəllif: Səxavət