Böyük Britaniyanın Lids şəhərinin katolik kollecinin tələbəsi dərs zamanı müəlliməsini bıçaqlayıb.
18 ildən sonra ilk dəfədir ki, müəllimə dərs zamanı öldürülüb. Hal-hazırda Böyük Britaniya əhalisi baş vermiş hadisədən şokdadır. Qətlə yetirilən 63 yaşlı İspan dili müəlliməsi Enn Maquayr olub.
Tələbə onu yoldaşlarının gözü qabağında bıçaqlayıb və gördüklərindən heyrətə gələn tələbələr hay-küy qaldırıblar. Müəllimə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Tələbə qaçarkən kollecin həyətində tədris işçiləri tərəfindən yaxalanıb.
Yaşanmış olayla bağlı Britaniyanın baş naziri Devid Kemeron da baş sağlığı verib.
Hesab olunur ki, cinayət hadisəsi müəllimlə tələbə arasında şəxsi problem qismində baş verib. İndi isə məktəbdə mühafizə sistemi gücləndirilib və tələbələrin əşyaları yoxlanılır. /Publika/