SSRİ-nin ilk prezidenti Mixail Qorbaçov Ukraynanın şərqindəki hadisələri qiymətləndirib.
Teleqraf.com-un Ukrayna saytlarına istinadən verdiyi xəbərə görə, Qorbaçov Rusiyanın bu münaqişədə əli olmadığını bildirir. O deyir ki, Rusiya əgər bu münaqişəyə qarışsa, vəziyyətin gərginliyini təsəvvür etmək olmaz: “Rusiya öz siyasi mövqeyini hər zaman qoruyur”.
Qorbaçov qan tökülməsinin qarşısını almağın vacib olduğunu söyləyib: "Elə etməliyik ki, bu munaqişəni sülh yollu ilə həll edək. Axı bu da bir xalqdır. Döyüşlər zamanı doğum evləri, məktəblər, xəstəxanalar, yaşayış binaları güllələnir, rəsmi məlumatlara görə, artıq ölənlərin sayı 2 mini ötüb. Belə qırğınlara yol vermək olmaz".
Samir