23 Fevral 2019 10:48
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvan Hava Yollarına aid Boeng 747 model təyyarəni idarə edən pilotlardan biri uçuş zamanı yatıb.

Teleqraf.com xəbər verir ki, bu zaman yuxuda olan pilotu köməkçi pilot əvəz edib və pilotun yatdığı anlar videoyçəkilişdə də öz əksini tapıb.

Bir anlıq dəhşətli anlar yaşansa da, köməkçi pilotun soyuqqanlı hərəkəti hər hansı bir qəzanın baş verməsinin qarşısını alıb.

Qeyd edilir ki, video görüntülərin ortaya çıxmasından sonra hər iki pilot cəzalandırılıb.

Həmçinin məlum olub ki, Boengin əsas pilotu olan və uçuş zamanı yuxulayan şəxs həyatının son 20 ilini uçuşlarda keçirib.


Müəllif: Cavad

Oxşar xəbərlər