Özbəkistan dünyanın iri limanlarında öz nümayəndəliklərini açacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan Sərnişin və Yük Daşımaların İnkişafı üzrə Yol Xəritəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, Xəzər, Qara, Aralıq dənizləri və İran körfəzi akvatoriyasının limanlarında və transkontinental dəniz qovşaqlarında nümayəndəliklər, habelə frant-ofisləri, yükləmə-boşaltma ilə məşğul olan şirkətlərin yaradılması nəzərdə tutulur.
Bu istiqamətdə işlərə iyun ayının 1-dən başlanılacaq.